Baş nazirdən iri şirkətlərlə bağlı qərar
Baş nazir Novruz Məmmədov "İri dövlət şirkətlərinə dair vahid məlumat bazasının formalaşdırılması və ondan istifadə Qaydaları”nın təsdiq edib.
Qaydalar "Dövlət əmlakının özəlləşdirilməsinin sürətləndirilməsi və idarə edilməsinin səmərəliliyinin artırılması ilə bağlı bəzi tədbirlər haqqında” Prezidentin fərmanının 1.2-ci bəndinə əsasən hazırlanıb.
Qərarda Əmlak Məsələləri Dövlət Komitəsinə Maliyyə Nazirliyi və digər aidiyyəti olanlarla razılaşdırmaqla, "İri dövlət şirkətlərinə dair vahid məlumat bazası” informasiya sisteminin fasiləsiz, dayanıqlı və təhlükəsiz fəaliyyətini təmin etmək məqsədilə tələb olunan maliyyə vəsaiti ilə bağlı təkliflərini bir ay müddətində Nazirlər Kabinetinə təqdim etmək tapşırılıb.
Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə isə "İri dövlət şirkətlərinə dair vahid məlumat bazası” informasiya sisteminin "Elektron Hökumət” İnformasiya Sisteminə inteqrasiyası ilə bağlı zəruri tədbirlər görmək həvalə edilib.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır