“AtaSığorta” müştərini necə aldadır? - İDDİA
İqtisadçı-ekspert Razi Abbasbəyli “AtaSığorta” ASC tərəfindən aldadılıb.
Cebhe.info xəbər verir ki, bu barədə ekspert özünün “Facebook” səhifəsində yazıb.
Məsələni ictimailəşdirən ekspert digər avtomobil sürücülərini diqqətli olmağa çağırıb:
“1 il öncə nəqliyyat vasitəsini sığorta etdirmişdim. Bu günlərdə icbari sığortanın müddəti bitir. “AtaSığorta”-dan da durmadan zənglər gəlir, nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanını soruşurlar və sual verirlər İsmayılov Telman sizsiniz? Hamısı da eyni qaydada bu adamı soruşur. Cavab verirəm ki, yox mən deyiləm və tanımıram. Sığortaçılar bildirir ki, sistemdə sizin avtomobiliniz İsmayılov Telmanın adına sığorta olunub.
Kiçik bir araşdırma apardım və bəlli oldu ki, ötən il mənim avtomobilimi sığorta edən xanım sığortaçı əslində məni aldadıb. Çox sadə... Xanım zəng edir və təklif edir ki, avtomobilinizi sığorta edək. Razılaşıram gəlir iş yerimə... Sənədlər və ödəniş edirəm. Qısa zamanda sığortamın qüvvəyə minməsinə dair telefonuma mesaj gəlir. Maliyyə Nazirliyindən də yoxlayıram hər şey qaydasındadır, rəsmən icbari sığortam qüvvəyə minib.
Amma 1 ilin sonu yaxınlaşanda bəlli olur ki, sığortam başqasının adına yazılıb. Deməli həmin xanım sığortanı endirimi olan bir nəfərin adına yazır. Məndən 100 manat və qayıdır ofisinə, gedir bir nəfər çoxlu icbari sığorta etdirmiş şəxsin adına 70 manat ödəməklə mənim avtomobilimi sığortalayır. 30 manatı da qoyur cibinə... Beləliklə ayda 50-100 avtomobili sığortalayaraq hər nəqliyyat vasitəsindən ortalama 30 manat olmaqla vəsait qazanılır. Yazdım ki, biləsiniz və heç bir sığorta agentinə nağd qaydada ödəniş etməyin. Kodu alın və ödəmə terminallarında sığorta şirkətini seçin. Ad və soyadınız çıxanda ödənişi edin. Hələ ki, icbari sığortamın qüvvədən düşməsinə 20 gün qalıb”.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır