Oktyabrın ilk hərracına hansı dövlət əmlakları çıxarıldı?
Əmlak Məsələləri Dövlət Komitəsinin özəlləşdirmə hərraclarına qoşulmaq ilə bağlı tətbiq etdiyi elektron xidmətlər vətəndaşların o cümlədən, digər proses iştirakçılarının vaxtına qənaəti təmin edir, şəffaflıq və məmnuniyyəti artırır. Dövlət əmlaklarına sifariş vermək, eləcə də hərraclarda iştirak üçün əlavə ünvanlara müraciət kimi prosedurları artıq elektron hərracın müasir üstünlükləri əvəz edir. Belə ki, iştirakçı statusu almaq istəyən hər kəs komitənin onlayn resursları vasitəsilə seçim edir, sifariş verir, eyni zamanda hərraca onlayn formada qoşula bilir. Bu fürsətlər hərraca marağı olan digər şəxslərin də prosesdə heç bir qeydiyyat olmadan iştirakını təmin edir.
Dövlət əmlaklarının özəlləşdirilməsinə qoşulmaq istəyən şəxslər üçün növbəti iştirak imkanı 01 oktyabr tarixində keçiriləcək hərracda yaradılıb. Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən oktyabrın ilk hərracına ümumilikdə 27 dövlət əmlakı çıxarılıb. Onlardan 22-si səhmdar cəmiyyəti, 5-i nəqliyyat vasitəsi və müxtəlif çeşidli avadanlıqlardır.
Səhmdar cəmiyyətləri nəqliyyat, sənaye, tikinti, xidmət və digər sahələrə aiddir. İri müəssisələrdən biri Bakı şəhəri, Səbail rayonu, E.Əzizov küçəsindəki “Şəmkir” Açıq Səhmdar Cəmiyyətidir. Ümumi nizamnamə kapitalının 30%-lik həcmində səhm paketi özəlləşdiriləcək dövlət əmlakının ərazisində inzibati bina, müxtəlif təyinatlı anbarlar, qazanxana və digər binalar var.
Özəlləşdirməyə çıxarılmış bütün dövlət əmlakları haqqında ətraflı məlumat əldə etmək və hərraclara qoşulmaq istəyən şəxslər komitənin rəsmi saytına (emdk.gov.az) və Özəlləşdirmə portalına (privatization.az) daxil ola bilər.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır