Bir başsağlığının qiyməti 50 manat – Rəsmi qəzetlərə böyük zərbə
Rəsmi qəzetlərdə başsağlıqlarının qadağan ediləcəyi barədə məlumatdan sonra “Yeni Sabah” məsələ ilə bağlı kiçik araşdırma aparıb.
Məlum olub ki, başsağlıqlar rəsmi qəzetlər üçün əməlli-başlı gəlir mənbəyidir.
“Azərbaycan” qəzetində bir başsağlığının qiyməti 50 manat, “Xalq” və “Respublika” qəzetlərində isə 24 manatdır. Bu qəzetlərdə hər gün ortalama beş başsağlığı dərc olunsa da, “pik” günlərdə onların sayı qəzetin son səhifəsinin yarısını tutur.
Beləliklə, başsağlıqlarının qadağan edilməsi rəsmi qəzetlərin büdcəsinə əhəmiyyətli dərəcədə ziyan vuracaq.
Məlumat üçün deyək ki, başsağlıqların qadağan ediləcəyini Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov “Dini etiqad azadlığı və dini qurumlar” haqqında qanuna edilən dəyişikliklər barədə danışarkən deyib.
“Rəsmi şəxslərdən başqa, cənab prezidentin verdiyi başsağlığından başqa, digər şəxslərin rəsmi dövlət qəzetlərində başsağlığı verməsi qadağan olunacaq. Qəzetlərin son səhifəsi artıq başsağlığı mərasiminə dönüb. Xüsusilə də hökumət qəzetlərinin. Başsağlığı verilən yerə xəbər, yaxud da hansısa digər yazılar verə bilərlər. Bizim digər qəzetlərlə işimiz yoxdur. Söhbət dövlətin vəsaiti ilə çap olunan rəsmi qəzetlərdən gedir. Mən hesab edirəm ki, nəhayət, buna son qoymaq lazımdır”,- deyə Siyavuş Novruzov vurğulayıb.
Yenisabah.az

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır