SON DƏQİQƏ
XalqXeber.Az » İqtisadiyyat » Səfər Mehtiyev curəti kimdən alıb ki, hamını aldadıb? - Replika

Səfər Mehtiyev curəti kimdən alıb ki, hamını aldadıb? - Replika

Tarix:

28-08-2019, 17:56

/ 783 dəfə oxundu.
Səfər Mehtiyev curəti kimdən alıb ki, hamını aldadıb? - Replika

Dövlət Maliyyə Nəzarəti xidməti Avtonəqliyyat Baş Gömrük İdarəsinin 16 günlük fəaliyyətini əhatə edən bir dövrdə nə az nə çox, 2 milyondan artıq maliyyə pozuntusu aşkar edib. Görəsən adıçıkilən idarənin 16 günlük deyil? 16 aylıq fəaliyyətini yoxlasaydılar ortaya nə çıxardı?..

Bu günlərdə DGK – dakı maliyə pozuntuları ilə bağlı DTX-ya müraciət olunduğu barədə məlumat yayıldi. Məlumatda bildirilirdi ki, 2019-cu ilin birinci yarısında Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Avtonəqliyyat Baş Gömrük İdarəsində yoxlama aparıb.

“Marja”nın məlumatına görə, yoxlama Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) məktubu və Xidmətin İstintaq Baş İdarəsinin qərarı əsasında aparılıb.

Dövlət Maliyyə Nəzarəti Xidməti dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərindən ayrılmış vəsaitlərin təyinatı üzrə xərclənməsini yoxlayıb. Avtonəqliyyat Baş Gömrük İdarəsi 15.12.2017 – 31.12.2017 dövrü üzrə yoxlanıb.

Yoxlama nəticəsində 2 milyon 27 min 800 manat artıq və əsassız ödənişlər aşkar edilib. Artıq və əsassız ödənişlərin təqsirkar şəxslər hesabına büdcəyə bərpası təmin edilməyib.

Maraqlı faktdır. Dövlət Maliyyə Nəzarəti xidməti Avtonəqliyyat Baş Gömrük İdarəsinin 16 günlük fəaliyyətini əhatə edən bir (15.12.2017 – 31.12.2017) dövrdə nə az nə çox, 2 milyondan artıq maliyyə pozuntusu aşkar edib. Görəsən Maliyyə nəzarət palatası adıçıkilən idarənin 16 günlük deyil 16 aylıq sənədlərini yoxlasaydı nə qədər maliyə pozuntusu və büdcədən kənar xərcləmələr aşkarlanardı?

Və ümumiyyətlə Maliyyə Nəzarət Palatası niyə DGK-nın digər idarəsini 2 il yarımlıq dovr üçün sənədlərini yoxladığı halda bu idarənini cəmi 16 iş gününü yoxlayıb?

Əlbəttə suallar çoxdur və bu suallar elə suallardı ki, nəinki biz, geniş oxucu auditoriyası da bu sualların cavabını bilir. Bizi isə maraqlandiran başqa bir sualdir. Cəmi 16 günə 2 milyondan artıq maliyyə pozuntusu aşkarlanan idarənini rəisinin təqdimatını Prezident İlham Əliyevin qarşısına kim qoyub?

15 manat rüşvət aldığına görə gömrük müfəttişini işdən azad edib sənədlərini prokurorluq orqanlarına göndərən Səfər Mehtiyev ictimaiyyətin gözünə kül üfürürdü, yoxsa bu külü İsmayıl Hüseynovun birinci müavin təyin edilməsi üçün cənab Prezident İlham Əliyevə təqdimat yollayanda öz gözünə üfürülmüşdü?

O zaman Dövlət Gömrük Komitəsinin Avtonəqliyyat Baş Gömrük İdarəsində nələrin olduğunu hörmətli Səfər Mehtiyev bilmirdimi? Və ümumiyyətlə hələ birinci müavin işlədiyi dövrdə DGK-nın bütün maliyyə sektoru Səfər müəllimə tabe deyildimi?

Bəs indi nə baş verir? 2 il bundan əvvəl aşkarlanan 2 milyonluq maliyyə pozuntusu niyə yerinə, yəni dövlət büdcəsinə qaytarılmır?

DTX-nın məktubu əsasında aparılan yoxlamanın nətıcəsini Səfər Mehtiyevin birinci müavini İsmayıl Hüseynov vecinə almirsa və o bu pulu dövlət büdcəsinə qaytarmaqda maraqlı deyilsə, o zaman bu maliyyə firildaqçısını nədən yenə də ən yüksək vəzifəyə daşıyıb DGK-nın bütün maliyyə sektorunu onun nəzarətinə veriblər? Səfər Mehtiyev curəti kimdən alıb ki, hamını aldadıb?..

pia.az

Şərhlər

XƏBƏR LENTİ