DGK VN-yə birləşdirilirmi? - "Bu addımı atmaq hələ tezdir, amma..."
"Dövlət Gömrük Komitəsinin Vergilər Nazirliyinə birləşdirilməsi hələ tezdir”.
Bu sözləri “Yeni Sabah”a millət vəkili Vahid Əhmədov deyib. Onun sözlərinə görə, bu məsələ uzun müddətdir müzakirə olunur.
“Lakin mənim fikrimcə, bu addımı atmaq hələ tezdir. Çünki cənab prezident İlham Əliyevin apardığı uğurlu iqtisadi siyasətin nəticəsi olaraq vergi və gömrük orqanlarında rüşvətxorluq və korrupsiya halları müəyyən qədər aradan qaldırılıb. Mən sizə əminliklə deyə bilərəm ki, bu gün istər vergi, istərsə də gömrük orqanlarında ciddi rüşvətxorluq halları yoxdur”,- deyə Vahid Əhmədov bildirib.
Deputat əlavə edib ki, vergi və gömrük orqanlarının birləşdirilməsi deyil, hər iki qurumun Maliyyə Nazirliyinin tərkibində fəaliyyət göstərməsi məsələsinə baxıla bilər. “Hər iki dövlət qurumu vergi yığan orqandır və onların topladığı vergilər büdcəyə gedir. Büdcəyə nəzarət funksiyasını səlahiyyətli orqan kimi Maliyyə Nazirliyi həyata keçirir. Bir çox ölkələrdə vergi və gömrük orqanları Maliyyə Nazirliyinin tərkibində fəaliyyət göstərir. Gələcəkdə Azərbaycanda da bu məsələyə baxıla bilər”, - deyə Vahid Əhmədov vurğulayıb.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır