10 MANATLIQ ŞİRKƏTLƏ 1.6 MİLYONLUQ MÜQAVİLƏ – Qanun pozuntusu
Dövlət şirkəti “AzerGold” QSC Çovdar filiz emalı sahəsi üçün mal və vəsaitlərin təchizatına dair müqaviləni “Gravity Ltd” özəl şirkətilə bağlayıb. Bu, tərəflər arasında bu il imzalanmış ikinci müqavilədir.
1 milyon 649 min 367,5 manat (970,2 min dollar) məbləğində müqavilə iyulun 10-da bağlanıb.
Lakin onunla bağlı məlumat Dövlət Satınalmaları Reyestrində yalnız bu gün yerləşdirilib. Baxmayaraq ki, tender yolu ilə həyata keçirilən dövlət satınalmaları dərhal Dövlət Satınalmalarının Vahid Internet Portalı vasitəsilə açıqlanmalıdır. “AzerGold” qanunvericiliyin tələblərinə zidd olaraq hətta alınan malların siyahısını təqdim etməyib.
BU ŞİRKƏT FEVRALDA YARADILIB
“Gravity Ltd” şirkəti mal və vəsaitlərin təchizatında böyük təcrübəyə malik deyil. Kommersiya qurumlarının dövlət reyestri məlumatlarına görə, “Gravity Ltd” 12.02.2019-cu il tarixində yaradılıb. 10 manat nizamnamə kapitalı olan şirkətin qanuni təmsilçisi Mahir Müzəffərli Müzəffərli oğludur.
”Marja”

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır