“Aqro İnvest və İstehsalat”da ayrılıq - YARIM MİLYONUNU GÖTÜRÜB ÇIXIR
“Aqro İnvest və İstehsalat” MMC-nin təsisçisi təsisçilikdən çıxır.
“Marja”ya istinadən xəbər veririk ki, Cəmiyyətin təsisçisinin təsisçilikdən çıxması ilə əlaqədar şirkətin nizamnamə kapitalı 500 min manat məbləğində azaldılaraq 500 min manat təyin ediləcəkdir. “AQRO İNVEST VƏ İSTEHSALAT” MMC-nin kreditorları bir ay ərzində cəmiyyətə müraciət edə bilər.
“Aqro İnvest və İstehsalat” MMC 2015-ci ildə 1 milyon manat nizamnamə kapitalı ilə dövlət qeydiyyatına alınmışdı. Şirkətin qanuni təmsilçisi Tahirov Nemət Tahir oğludur.
“Aqro İnvest və İstehsalat” MMC balıq və balıq məhsullarının, vodkaların idxalı ilə məşğul olur. Həmçinin şirkət balıq məhsullarının istehsalı ilə də məşğuldur. “Dəniz inciləri” brendi şirkətə məxsusdur.
“Aqro İnvest və İstehsalat” iribuynuzlu heyvanların idxalı və satışı, çınqıl daşların, karton qutuların və tekstil materialların istehsalı ilə də məşğul olur.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır