“VTB Bank Azərbaycan” ASC 30 iyun 2019-cu il üzrə maliyyə hesabatını açıqlayıb
"Finans.az” açıqlanan hesabata istinadən xəbər verir ki, bankın cari ilin birinci yarısı üzrə cəmi aktivləri 144 mln. 431 min manat olub. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 15% çoxdur.
“VTB Bank Azərbaycan”ın kredit portfeli 1 il ərzində 24% azalaraq 47 mln. 68 min manat təşkil edib.
Sözügedən dövrə bankın depozit portfelinin həcmi 57 mln. 102 min manat təşkil edib. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 8,8% çoxdur. Bankın cəmi öhdəlikləri isə 1 il ərzində 19,8% artaraq 84 mln. 58 min manat olub.
2018-ci ilin eyni dövrü ilə müqayisədə “VTB Bank Azərbaycan”ın cəmi kapitalında artım müşahidə olunub. Belə ki, səhmdar kapitalı 315 mln. 815 min manat, yığılmış zərəri 256 mln. 853 min manat, ümumi ehtiyatları isə 1 mln. 411 min manat olan bankın cəmi kapitalı 9,7% artaraq 60 mln. 373 min manata qalxıb.
Əməliyyatlarını zərərlə icra edib.
2019-cu ilin birinci yarısında bankın xalis faiz mənfəətii 1 mln. 534 min manat, xalis qeyri-faiz zərəri isə 5 mln. 307 min manat olub. Əməliyyat zərəri 3 mln. 773 min manat olan “VTB Bank Azərbaycan” aktivlər üzrə ehtiyatların yaradılmasına ayırmalarını 8 mln. 486 min manat azaldıb. Bununla da bank 2019-cu ilin ilk yarısını 4 mln. 713 min manat xalis mənfəətlə başa vurub.

Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır
Elbrus dağına dırmaşan iki alpinist yıxıldı - Ölən var