Zaur Hüseynov 54 milyon manat zərər edib
“Bakı Metropoliteni” QSC 2018-ci ili 54 milyon 871 min manat zərər ilə başa vurub.
“Yeni Sabah” xəbər verir ki, bunu iqtisadçı ekspert Natiq Cəfərli deyib. O, bildirib ki, metronun bu günə yığılmış cəmi zərəri 426 milyon 610 min manata çatıb.
“Bakı Metrosu 2018-ci ildə büdcədən 48 milyon 800 min manat subsidiya alıb. 2017-ci ildə büdcədən 45 milyon manat subsidiya almışdı.
Metroda gediş haqqı 20 qəpikdən 30 qəpiyə qaldırıldı, büdcədən hər il böyük həcmdə dotasiya alır, amma qurum hələ də zərərlə işləyir.
Çünki dövlət biznesdə ən zay oyunçudur, çünki xərclər süni şəkildə artırılır, korrupsiya sxemləri qurulur, çünki nəzarət yoxdur. Yyoxlayın görün Metro rəhbərləri adı işıq lampasını neçəyə alıb rəsmiləşdirir.
Bakının seçilmiş Meri olmalıdlr ki, bütün nəqliyyat sektoru şəhərin balansına keçsin və sonra da seçilmişdən hesabat tələb etməyə imkan yaransın. İndi təyin olunmuş təyin edənin xoşuna gəlməyə çalışır deyə Bakı əhlinin fikri onun heç vecinə də deyil”.

Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır
Elbrus dağına dırmaşan iki alpinist yıxıldı - Ölən var