Prezident Mikayıl Cabbarovun səlahiyyətini artırdı səlahiyyətii artırdı
Vergilər Nazirliyinin səlahiyyəti artırılıb.
Bununla bağlı Prezident İlham Əliyev “Dini etiqad azadlığı haqqında” qanununa əlavələr və dəyişikliklər edilməsi barədə” qanunun tətbiq edilməsi haqqında” fərmanda dəyişiklik edib.
Qanunvericiliyə əsasən, nəzarət markası ilə markalanmış dini təyinatlı ədəbiyyatın (kağız və elektron daşıyıcılarında), audio və video materialların, mal və məmulatların və dini məzmunlu başqa məlumat materiallarının satışı yalnız müvafiq icra hakimiyyəti orqanının razılığı ilə yaradılmış ixtisaslaşdırılmış satış məntəqələri vasitəsilə həyata keçirilir.
Buradakı müvafiq icra hakimiyyəti orqanı Maliyyə Nazirliyi nəzərdə tutulurdu. Fərmanda edilən dəyişikliklə isə bu səlahiyyət Vergilər Nazirliyinə verilib.
“Dərman vasitələri haqqında” qanunun tətbiq edilməsi barədə” fərmanda edilən dəyişiklikdə qeyd edilib ki, dərman vasitələrinin keyfiyyəti, effektivliyi və təhlükəsizliyi üzərində dövlət nəzarəti ilə nəzarət markalarını Maliyyə Nazirliyi deyil, Vergilər Nazirliyi hazırlayacaq.
“Alkoqollu içkilər, etil (yeyinti) spirti və tütün məmulatı istehsalının, saxlanmasının, idxalının və satışının tənzimlənməsi haqqında” fərmanda edilən dəyişikliyə əsasən, aksiz markalarının sifarişi, onların satışı və uçotunun aparılması Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş qaydalara uyğun olaraq Maliyyə Nazirliyinə deyil, Vergilər Nazirliyinə həvalə edilib.

Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır
Elbrus dağına dırmaşan iki alpinist yıxıldı - Ölən var