“1600 AZN kompensasiya düşür, 516 manat rüşvət istəyirlər”
“Muğanbank”ın Şəmkir filialından müştərilərə kompensasiya ödənişi zamanı problemlər yaradılaraq pul tələb edildiyi iddia edilir. Bu barədə “Qafqazinfo”ya şikayət edilib.
Vətəndaş Qəhrəmanov Rövşən bildirib ki, 2015- ci ildə “Muğanbank”ın Şəmkir filialından Hüseynova Validə Əli qızının adına dollar krediti götürüb: “Kredit bağlanıb. Bizə 913 manat kompensasiya düşür. Bank bizdən 240 manat pul istəyir. Deyir ki, bu pulu gətirməsəniz, kartınızı ala bilməyəcəksiniz. İşçilər deyirlər ki, bizə guya güzəşt edilib. Hansı sənədlə güzəşt edilib? Bunu sübutla ortaya qoyan yoxdur. Halbuki biz artıqlamasıyla kreditimizi bağlamışıq. Bu cür problemi tək bizə yox, müştərilərin çoxuna yaşadırlar”.
Digər müştəri Hacıyeva Yavər Seymur qızı isə qeyd edib ki, o da 2015- ci ildə 2000 dollar kredit götürüb: “Krediti ödəyib bitirmişik. Hazırda bizə 1600 manat kompensasiya düşür. Bizdən də 516 manat pul tələb edirlər”.

Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır
Elbrus dağına dırmaşan iki alpinist yıxıldı - Ölən var