SON DƏQİQƏ
XalqXeber.Az » İqtisadiyyat » Abşeronda fəaliyyət göstərən ulaq təsərrüfatı dövlət qeydiyyatına alınmayıb

Abşeronda fəaliyyət göstərən ulaq təsərrüfatı dövlət qeydiyyatına alınmayıb

Tarix:

29-11-2018, 12:59

/ 527 dəfə oxundu.
Abşeronda fəaliyyət göstərən ulaq təsərrüfatı dövlət qeydiyyatına alınmayıb

Abşeron rayonu ərazisində fəaliyyət göstərən ulaq təsərrüfatının Qida Təhlükəsizliyi Agentliyində qeydiyyatdan keçməsi ilə bağlı kütləvi informasiya vasitələrində yayılan məlumatlar həqiqəti əks etdirmir

Yayılan məlumatla bağlı Qida Təhlükəsizliyi Agentliyindən bildirilib ki, sözügedən təsərrüfat qida məhsulları sahəsində fəaliyyət göstərən subyekt kimi dövlət qeydiyyatına alınmayıb. Belə ki, agentliyin əməkdaşları tərəfindən həmin təsərrüfatdan götürülmüş süd nümunələrinin müayinələri zamanı məhsulda bakterioloji çirklənmə aşkar edilib.

Məlum olub ki, uzunqulaq təsərrüfatının fəaliyyəti sanitar-gigiyenik normalara uyğun qurulmayıb.

Bununla bağlı sahibkara həmin təsərrüfatda süd istehsalının və emalının dayandırılması və yalnız qanunvericilikdə tələb olunan tədbirlər həyata keçirildikdən sonra fəaliyyətə başlamaq üçün Agentliyə müraciət olunmasın dair məktub ünvanlanıb.

pia.az

Şərhlər

XƏBƏR LENTİ