SON DƏQİQƏ
XalqXeber.Az » İqtisadiyyat » Deputat üzən məzənnəyə keçidin vaxtını açıqladı

Deputat üzən məzənnəyə keçidin vaxtını açıqladı

Tarix:

2-08-2018, 09:18

/ 1 456 dəfə oxundu.
Deputat üzən məzənnəyə keçidin vaxtını açıqladı

Azərbaycanda tam üzən məzənnə siyasətinə 2019-cu ilin sonunda keçilə bilər.

Bu sözləri Mərkəzi Bankın sədri Elman Rüstəmov üzən məzənnəyə keçidlə bağlı açıqlamasını şərh edən Milli Məclisin İqtisadiyyat, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov deyib. Üzən məzənnəyə keçidlə əlaqədar hazırlıqların getdiyini deyən millət vəkili sözügedən proses üçün bir sıra şərtlərin vacibliyini diqqətə çatdırıb:

“Birincisi, büdcəmiz neftdən asılıdır, ona görə də neftin qiyməti 70-75 dollar olmalıdır. İkincisi, idxal-ixrac əməliyyatlarında müsbət saldo əldə edilməlidir. Üçüncüsü, qeyri-neft sektorunun ixracı yüksək olmalıdır ki, büdcəyə əlavə vəsait daxil olsun. Nəhayət, Mərkəzi Bank müəyyən qədər pul kütləsinə nəzarət etsə də, xarici valyuta axınının qarşısı alınmalıdır. Üzən məzənnə siyasətinə keçildikdən sonra manatın məzənnəsi məhz bu amillərdən asılı olacaq. Ona görə də bu prosesə yavaş-yavaş gedilməlidir.”.

Deputat qeyd edib ki, üzən məzənnəyə keçildikdən sonra Mərkəzi Bank manatın məzənnəsinə müdaxilə etməyəcək:

“Azərbaycanda tam üzən məzənnə siyasətinə 2019-cu ilin sonunda keçilə bilər. Ümumiyyətlə, bu siyasətə keçən dövlətlərin sayı o qədər də çox deyil, orada müəyyən qədər korrektələr aparılır və saxlanılır”.

Qeyd edək ki, Mərkəzi Bankın sədri Elman Rüstəmov Üzən məzənnəyə keçid istiqamətində addımlar atıldığını açıqlayıb.

Şərhlər

XƏBƏR LENTİ