SON DƏQİQƏ
XalqXeber.Az » İqtisadiyyat » Sığorta borcları silinəcək – QƏRAR

Sığorta borcları silinəcək – QƏRAR

Tarix:

6-03-2018, 15:45

/ 1 206 dəfə oxundu.
Sığorta borcları silinəcək – QƏRAR

Parlamentin martın 6-da keçirilən iclasında prezident İlham Əliyevin təşəbbüsü ilə hazırlanan “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb.

Parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli bildirib ki, bu qanun layihəsində üç əsas məsələ öz əksini tapıb:

“Bu məsələlərdən biri 2006-ci ilə qədər olan sığorta haqları üzrə yaranan borclarla bağlıdır. Bunların məbləği 100 milyon manatdır. İkinci məqam 2006-cı ildən 2015-ci il 1 yanvar tarixinə qədər olan borca görə yazılan cərimələrdir ki, bunların da məbləği 55 milyon manatdır.

Üçüncü məqam 2015-ci ilin 1 yanvar tarixindən 2018-ci ilin 1 aprel tarixinə qədər yaranmış borclarla bağlıdır ki, onların da həcmi təxminən 26,7 milyon manatdır. Bütün bu tədbirlər sahibkarların iş şəraitinin yaxşılaşdırılması üçün nəzərdə tutulub”.

Xatırladaq ki, qəbul olunacağı təqdirdə 2018-ci il aprelin 1-dən qüvvəyə minəcək beş maddədən ibarət qanun layihəsinə əsasən, sığorta edənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2006-cı ilin 1 yanvar tarixində yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcları tam məbləğdə silinir.

Sənədə əsasən, sığorta edənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2015-ci ilin 1 yanvar tarixinədək yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta qaydalarının pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyaları (hesablanmış penya) üzrə borcları tam məbləğdə silinir.

Qanun layihəsində o da bildirilir ki, sığorta edənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2015-ci ilin 1 yanvar tarixindən yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığortası qaydalarının pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyaları (hesablanmış penya) üzrə borcların tənzimlənməsi aşağıdakı qaydada həyata keçirilir:

- sığorta edənlər tərəfindən 2018-ci ilin aprel-may ayları ərzində həmin maliyyə sanksiyalarının (hesablanmış penyanın) 10 faizi ödənildikdə - maliyyə sanksiyalarının (hesablanmış penyanın) ödənilməmiş 90 faizi silinir;

- sığorta edənlər tərəfindən 2018-ci ilin aprel-iyul ayları ərzində həmin maliyyə sanksiyalarının (hesablanmış penyanın) 30 faizi ödənildikdə - maliyyə sanksiyalarının (hesablanmış penyanın) ödənilməmiş 70 faizi silinir;

- sığorta edənlər tərəfindən 2018-ci ilin aprel-sentyabr ayları ərzində həmin maliyyə sanksiyalarının (hesablanmış penyanın) 50 faizi ödənildikdə - maliyyə sanksiyalarının (hesablanmış penyanın) ödənilməmiş 50 faizi silinir;

Qeyd edək ki, məcburi dövlət sosial sığorta amnistiyası ödənilməsi barədə məhkəmə qərarı qəbul edilmiş, lakin 2018-ci ilin 1 aprel tarixinə ödənilməmiş borcların da qalığına şamil ediləcək.

“Bu qanun sahibkarların işini xeyli yüngülləşdirəcək. Təklif edərdim ki, dollarla olan kreditlərlə bağlı da bu tip qanun hazırlansın”.

Bunu isə müzakirələr zamanı deputat Əli Məsimli deyib.

O əlavə edib ki, prezidentin həm sığortaçı, həm də sahibkarlarla bağlı qanunu dollarla olan kreditlər haqqında sənədlə tamamlansın.

Sonra qanun layihəsi səsə qoyularaq qəbul edilib.

Şərhlər

XƏBƏR LENTİ