"Sosial sığorta haqları üzrə borcların silinməsi özəl sektorun dəstəklənməsində böyük addımdır" - Səlim Müslümov
"Məcburi dövlət sosial sığorta haqları üzrə borcların silinməsi ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə hesabatlar daxil olub. Kimlərin hesabatlarında borclar qeyd olunubsa, qanunda nəzərdə tutulmuş qaydada onların silinməsinə başlanılıb".
Bunu jurnalistlərə açıqlamasında əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyib.
O bildirib ki, borcların silinməsi ilə bağlı müvafiq təqdimatlar bütün şöbələrə göndərilib və proses gedir: "Proses çərçivəsində özəl sektorun müxtəlif sahələrində məcburi dövlət sosial sığorta haqları üzrə yaranmış borclardan ibarət 155,3 milyon manata qədər borcun tam olaraq silinməsi, eləcə də 26,7 milyon manatadək borcun ödəniləcək hissəsinə müvafiq olaraq qalan hissəsi üzrə borcun silinməsi təmin ediləcək ki, bu da özəl sektorun dəstəklənməsində növbəti böyük addımdır".
Qeyd edək ki, 2018-ci il mart ayının 6-da “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” Qanunun qəbul olunub və həmin qanun cari il aprelin 1-dən qüvvəyə minib.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...