SON DƏQİQƏ
XalqXeber.Az » İqtisadiyyat » İlham Əliyevdən dünya şirkətlərinə çağırış

İlham Əliyevdən dünya şirkətlərinə çağırış

Tarix:

20-02-2017, 10:13

/ 1 887 dəfə oxundu.
İlham Əliyevdən dünya şirkətlərinə çağırış

Azərbaycanın müsəlman aləminin bir parçası, eyni zamanda, Avropa qurumlarının fəal üzvüdür

Bu sözləri Prezident İlham Əliyev Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Avrasiyada əməkdaşlıq və problemlər məsələlərinə həsr olunan panel-müzakirədə çıxışı zamanı deyib.

2015-ci ildə Bakıda ilk Avropa Oyunlarının uğurla baş tutduğunu, bu il isə IV İslam Həmrəyliyi Oyunlarının keçiriləcəyini vurğulayan İlham Əliyev qeyd edib ki, son illərdə ölkəmizdə bütün sahələri əhatə edən islahatlar həyata keçirilir, Azərbaycanın təşəbbüsü ilə iri enerji və nəqliyyat layihələri icra olunur.

Prezident hazırda ölkəmizin qədim “İpək Yolu”nun bərpasında yaxından iştirak etdiyini, Bakı-Tiflis-Qars dəmir yolunun çəkildiyini, bu yolun fəaliyyətə başladığı təqdirdə Azərbaycan ərazisindən daşınmaların artacağını və təbii ki, bunun da milli iqtisadiyyatımıza müsbət təsir göstərəcəyini vurğulayıb:

“Əlbəttə ki, tranzit təbii sərvətlərlə müqayisədə qat-qat qiymətlidir. Çünki təbii sərvətlər gec və ya tez tükənəcəkdir. Tranzit üçün etibarlı və müasir infrastrukturunuz varsa, siz ərazinizdən və yatırdığınız sərmayələrdən faydalanaraq pul qazanacaqsınız. Buna görə nəqliyyat infrastrukturunun birləşdirilməsi bizim üçün ən vacib çağırışlardan biridir. Yeri gəlmişkən, biz indi Xəzər dənizinin sahilində ən böyük dəniz limanının inşasını aparırıq. Onun yükaşırma qabiliyyəti 25 milyon ton və 1 milyon konteynerdir. Biz dəmir yollarımızı təmir edirik. Biz Bakı Gəmiqayırma Zavodunda artıq bütün növ gəmiləri istehsal edirik ki, həm öz ehtiyaclarımızı ödəyək, o cümlədən Xəzəryanı ölkələri müasir avadanlıqla təchiz edə bilək. Limanın yaxınlığında biz xüsusi azad zona yaratmışıq və bu coğrafi yerləşmədən istifadə edərək şirkətləri sərmayə yatırmağa dəvət edirik”.

Şərhlər

XƏBƏR LENTİ