XalqXəbər.Az

www.XALQXEBER.az » İqtisadiyyat » Bu sığorta şirkətində kütləvi ixtisar başlayıb

Bu sığorta şirkətində kütləvi ixtisar başlayıb

Bu sığorta şirkətində kütləvi ixtisar başlayıb
22-11-2017, 12:05

Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətlərindən biri olan “AzSığorta”da işçilərin kütləvi şəkildə ixtisar olunması barədə xəbər yayılıb.

“AzSığorta” şirkətində 100 nəfərə yaxın işçi ixtisar olunub. İşçilərin əksər hissəsi isə xidməti müqaviləyə keçirilib.

“AzSığorta” şirkətinin avtomobillərin icbari sığortasının satışı üzrə sığorta agentləri ilə əməkdaşlığı dayandırdığı bildirilir.

Qeyd edək ki, "AzSığorta" şirkətində rəhbər vəzifələrdə işləmiş bir neçə şəxs “Günay Sığorta” və “Standard İnsurance”a keçib.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.