XalqXəbər.Az

www.XALQXEBER.az » İqtisadiyyat » “Qara bazar”ın dollar “bayram”ı: - Məzənnəni artırdılar

“Qara bazar”ın dollar “bayram”ı: - Məzənnəni artırdılar

“Qara bazar”ın dollar “bayram”ı: - Məzənnəni artırdılar
4-09-2017, 12:24

Azərbaycan Mərkəzi Bankının bayram günlərdən öncə açıqladığı rəsmi məzənnə 1.7010 civarında olsa da dolların alış-satış qiymətlərində müəyyən qədər artımlar müşahidə olundu. Bayram günləri ilə əlaqədar bankların işləməməsi “qara bazar”ın fəaliyyətini genişləndirməsinə səbəb oldu.

Daxil olan məlumata görə, bayram günlərində dollar “qara bazar”da 1.74-1.76 civarında mübadilə olunur. Qeyri iş günlərində bankların işləməməsi vətəndaşların, xüsusilə xarici səfərlərə yollanmaq istəyən şəxslər xarici valyuta əldə etmək üçün “qara bazar”a üz tutmağa məcbur qalır. Dollara təlabat artıqda “qara bazar” iştirakçıları da məzənnəni süni şəkildə artırırlar.

İqtisadçılar hesab edir ki, bu cür qiymət artımlarına səbəb valyutadəyişmə məntəqələrinin hələ də fəaliyyətə başlamamasıdır. Qeyd edək ki, hökumət valyutadəyişmə məntəqlərinin fəaliyyətə başlaması üçün qərar verib. Ancaq hələ də bu proses uzanır.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.