SON DƏQİQƏ
XalqXeber.Az » İqtisadiyyat » “Qara bazar”da dolların qiyməti dəyişdi

“Qara bazar”da dolların qiyməti dəyişdi

Tarix:

22-04-2017, 13:51

/ 61 327 dəfə oxundu.
“Qara bazar”da dolların qiyməti dəyişdi

Bu gün “qara bazar”da dolların satışı bir qədər bahalaşıb.

Valyuta satışı ilə məşğul olan şəxslərdən əldə etdiyimiz məlumatlara əsasən, aprel ayının 22-də səhər saatlarında dolların alışı 1.6600 manata, satışı isə 1.6700 manat olub.

Xatırladaq ki, ötən gün "qara bazar"da ABŞ valyutası 1.6650 manata satılırdı. Dolların alış qiyməti isə dəyişməyib.

“Dollar alverçiləri” bildirirlər ki, son günlər müşahidəedilən ucuzlaşmaya səbəb ABŞ valyutasını alanların azalmasıdır:

“Həm alan yoxdur, əlində dollar olan vətəndaş isə onu əvvəlcə baha aldığı üçün satmaq istəmir”.

Şərhlər

XƏBƏR LENTİ