XalqXəbər.Az

www.XALQXEBER.az » İqtisadiyyat » Sabah dolların məzənnəsi kəskin arta bilər - Proqnoz

Sabah dolların məzənnəsi kəskin arta bilər - Proqnoz

Sabah dolların məzənnəsi kəskin arta bilər - Proqnoz
10-08-2017, 15:09

Sabah ABŞ-da açıqlanması gözlənilən inflyasiya göstəricisinin gözləniləndən yüksək olması dolların məzənnəsini kəskin artıra bilər.

"Bloomberg" agentliyi tərəfindən aparılan sorğunun nəticələrinə əsasən, analitiklər iyul ayında inflyasiya göstəricisinin 0,2% olması gözlənilir. Son 4 ayda inflyasiyanın proqnozlardan aşağı templə artması ABŞ Federal Ehtiyat Sisteminin (FED) monetar siyasətini dəyişdirməsinə mane olur. Belə ki, FED-in uçot dərəcəsini artırması üçün əsas şərt məhz inflyasiyanın sürətlənməsidir. Faktiki isə illik inflyasiya 1,7%-dən 1,4%-ə geriləyib.

İqtisadçılar iyul ayında inflyasiyanın sürətlənməsi ehtimalını dolların ucuzlaşması, idxal qiymətlərinin artması və işçi qüvvəsinə artan tələblə izah edirlər. Buna baxmayaraq, sorğuda iştirak edən 75 respondentin 21-i inflyasiyanın 0,1% təşkil edəcəyini bildirib.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.