Azərbaycanda kredit faizləri artacaq - AÇIQLAMA
Xəbər verdiyimiz kimi, bu gün Mərkəzi Bankın qərarı ilə uçot dərəcəsi artırılıb. Faiz dərəcəsi 0.25 faiz bəndi artırılaraq 8.75%-ə, faiz dəhlizinin aşağı həddi 0.25 faiz bəndi artırılaraq 7%-ə, faiz dəhlizinin yuxarı həddi isə 0.25 faiz bəndi artırılaraq 9.75%-ə qaldırılıb.
Məsələ ilə bağlı açıqlama verən iqtisadçı ekspert Natiq Cəfərli bildirib ki, Mərkəzi Bank dünyada gedən proseslərə paralel addımlar atır:
"Dünyada digər Mərkəzi Banklar da faizləri artırır. Onlar uçot dərəcəsinin artırılması yolu ilə inflyasiya ilə mübarizə aparır. Azərbaycan Mərkəzi Bankı da buna uyğun davranmağa çalışır. AMB uçot dərəcəsini artırmaqla inflyasiyaya təsir edə biləcəyini düşünür, amma təəssüf ki, Azərbaycanda uçot dərəcəsi ilə inflyasiyanın birbaşa bağlantısı yoxdur.
Uçot dərəcəsinin artırılması nəticəsində bizdə bank kreditləri bahalaşır. Kreditlərin bahalaşması hesabına iqtisadi aktivliyin azaldılması və inflyasiyanın zəiflədilməsi varsayımı ilə davranılır. Bu isə Azərbaycanda işləmir. Biz Azərbaycanda uçot dərəcəsinin 3.75% olduğu dövrdə də, 15% olduğu vaxtda da yüksək inflyasiya görmüşük. Yəni, Azərbaycanda qiymət artımına və inflyasiyaya təsir edən amillər Mərkəzi Bankdan asılı deyil. Bir tək Mərkəzi Bankın uçot dərəcəsini artırması ilə inflyasiya ilə mübarizə aparmaq mümkün deyil.
İnflyasiyaya qarşı mübarizə üsulları Azərbaycanda tamamilə fərqli olmalıdır. Gömrük rüsumları və vergi faizləri aşağı salınmalıdır, rəqabətli mühit yaradılmalıdır. Biznes mühitinin yaxşılaşdırılması üçün addımlar atılmalıdır", - deyə o bildirib.
"Unikal"

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...