XalqXəbər.Az

www.XALQXEBER.az » İqtisadiyyat » "SOCAR Polymer" 13 vəzifə üzrə vakansiyalar elan edib

"SOCAR Polymer" 13 vəzifə üzrə vakansiyalar elan edib

"SOCAR Polymer" 13 vəzifə üzrə vakansiyalar elan edib
3-08-2017, 18:19

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) törəmə müəssisəsi "SOCAR Polymer" MMC 13 vəzifə üzrə vakansiyalar elan edib.
Şirkət daxili auditor, inşaat mühəndisi, mülki inşaat/Konstruksiyalar üzrə keyfiyyət müfəttişi, SƏTƏMM mühəndisi, boru sistemləri üzrə aparıcı mühəndis, aparıcı inşaat mühəndisi, mühəndis-texnoloq, icazələrin əldə edilməsi üzrə koordinator, aparıcı mühəndis-mexanik, mühəndis-mexanik, boru sistemləri üzrə mühəndis, nəzarət vasitələri və avtomatlaşdırma üzrə aparıcı mühəndis, nəzarət vasitələri və avtomatlaşdırma mühəndisi üzrə mütəxəssis axtarır.
Daxili auditor – Gündəlik, həftəlik və aylıq audit planları, eləcə də digər şöbələrin işçiləri ilə birgə işin inkişafı proqramları hazırlamalıdır. Namizəd yüksək səviyyəli (advance level) ingilis dili biliyinə və 3-5 il təcrübəyə malik olmalıdır. İqtisadiyyat və biznes ixtisasları üzrə master dərəcəsi olması arzu olunandır.
İnşaat mühəndisi – Ən səmərəli layihəni inkişaf etdirmək üçün ümumi layihələrin rəqabətli icra üsullarını tətbiq etməlidir.
Mülki inşaat/konstruksiyalar üzrə keyfiyyət müfəttişi – Əməkdaşlarla birlikdə işlərin gedişini və konstruksiyanın strukturunun yoxlanılmasını həyata keçirməlidir.
SƏTƏMM mühəndisi – SƏTƏMM fəaliyyətində Ümumi Quraşdırılma Xərcləri (TIC) layihələrinin icrası zamanı aşağı səviyyəli mütəxəssislərə nəzarətə yardım etməlidir.
Boru sistemləri üzrə aparıcı mühəndis, aparıcı mühəndis-mexanik, nəzarət vasitələri və avtomatlaşdırma üzrə aparıcı mühəndis - Layihənin bütün mərhələlərində xidmət və təsisat sahələrinə, həmçinin layihə ilə bağlı bütün digər sənədlərə nəzarət edəcək.
Aparıcı inşaat mühəndisi – Qlobal strateji təşəbbüslərin layihədə həyata keçirilməsi prosedurlarını təşkil etmək.
Mühəndis-texnoloq – Layihənin mühəndislik, satınalma və quraşdırma mərhələlərində texniki-iqtisadi tərəflərini və inkişaf spesifikasını hazırlanması
İcazələrin əldə edilməsi üzrə koordinator – İcazələrin alınması və planın hazırlanmasında və icrasında rəhbərə yardım etmək
Mühəndis-mexanik, boru sistemləri üzrə mühəndis, nəzarət vasitələri və avtomatlaşdırma mühəndisi – Ən səmərəli layihəni inkişaf etdirmək üçün ümumi layihələrin rəqabətli icra üsullarını tətbiq etməlidir.
Vakansiyalar üzrə son müraciət tarixi avqustun 31-dir. Daha ətraflı məlumatla şirkətin rəsmi saytının vakansiyalar bölməsində tanış olmaq mümkündür.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.