“Eurovision”da Azərbaycana sıfır xal verən ölkələr - SİYAHI
Xəbər verdiyimiz kimi, dünyanın ən böyük musiqi yarışmasının 62-ci sezonu Ukraynanın paytaxtı Kiyev şəhərində baş tutub. Təmsilçimiz Diana Hacıyevanın (Dihaj) çıxışını cəmi 17 ölkə (münsif və tamaşaçı səsverməsi daxil) bəyənib.
Formata uyğun olaraq münsiflərin verdiyi ballar elan edilib, lakin tamaşaçı səsverməsi gizli keçirilib. Açıqlanan siyahıdan məlum olur ki, Dihajın ifasını yalnız gürcülər bəyənib. Belə ki, gürcü jürilər ona 10, tamaşaçı isə 12 bal verib.
Səsvermə nətricələri:
Portuqaliya: Münsiflər – 12/ Tamaşaçı səsverməsi – 0
Bolqarıstan: Münsiflər – 5/ Tamaşaçı səsverməsi – 0
Belçika: Münsiflər – 4/ Tamaşaçı səsverməsi – 0
Moldova: Münsiflər – 5/ Tamaşaçı səsverməsi – 10
İtaliya: Münsiflər – 12/ Tamaşaçı səsverməsi – 0
Macarıstan: Münsiflər – 4/ Tamaşaçı səsverməsi – 0
Yunanıstan: Münsiflər – 10/ Tamaşaçı səsverməsi – 0
Kipr: Münsiflər – 1/ Tamaşaçı səsverməsi – 0
Polşa: Münsiflər – 1/ Tamaşaçı səsverməsi – 0
Ukrayna: Münsiflər – 6/ Tamaşaçı səsverməsi – 0
Albaniya:Münsiflər – 2/ Tamaşaçı səsverməsi – 0
Çexiya: Münsiflər – 0/ Tamaşaçı səsverməsi – 10
Gürcüstan: Münsiflər – 10/ Tamaşaçı səsverməsi – 12
İrlandiya:Münsiflər – 1/ Tamaşaçı səsverməsi – 0
Monteneqro:Münsiflər – 0/ Tamaşaçı səsverməsi – 5
Sloveniya: Münsiflər – 0/ Tamaşaçı səsverməsi – 4
San Marino: Münsiflər – 5/ Tamaşaçı səsverməsi – 1
Yarışmada iştirak edən 29 ölkə isə Dihajın ifasını bəyənməyib, sıfır bal yollayıb. Buna Azərbaycanı daim yüksək bal verən Malta, Belarus, Xorvatiya, Serbiya və s. ölkələr daxildir.
Xatırladaq ki, Azərbaycan 8 balı Portuqaliyaya, 10 balı Moldovaya, 12 balı isə Belarusa verib. Diana yarışmada 14-cü sırada qərarlaşıb.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır