Əbdül Hüseynov vəfat etdi
Moskvada tanınmış azərbaycanlı yazıçı, tarixçi və şərqşünas alim Əbdül Hüseynov vəfat edib.
Tanınmış yazıçı ömrünün 92-ci ilində dünyasını dəyişib.
Qeyd edək ki, Əbdül Ənbi oğlu Hüseynov 1925-ci il, oktyabrın 27-də Bakıda anadan olub. Əbdül Hüseynov yeddi monoqrafiyanın, 20-dən çox tarixi povest və romanın, 7 bədii film ssenarisinin, sosial-iqtisadi problemlərə və mədəniyyətə dair 500-dək məqalənin, kinofilmlərə yazılmış çoxsaylı resenziyaların müəllifidir. "Səlahəddin", "Mustafa xanın xəzinəsi", "Əkinçi taxtda", Ə.Xaqaninin həyatına həsr olunmuş "Şirvanlı zəvvar", "Abşerondan Ontarioyadək", "Arzamaslı qız", "Biz əslən Bakıdanıq" və oxucuların maraqla qarşıladıqları bir sıra digər tarixi romanlar və povestlər onun qələminə məxsusdur. Onun əsərləri ingilis, alman, fransız, ispan və ərəb dillərinə tərcümə edilərək, Azərbaycanda, İranda, Türkiyədə, Kanadada, Bolqarıstanda, Monqolustanda və Rusiyada çap olunmuşdur. O, "Yılmaz Günel", "Mövsün Ərtoğrul", "Türk kinosu" və sair monoqrafiyaların müəllifidir.
Ə.Hüseynovun təkcə yaradıcılığı deyil, həyatı da Azərbaycanla bağlıdır. Moskvada və Bakıda çapdan çıxmış "XX əsrin 100 nəfər tanınmış azərbaycanlısı" kitabı buna əyani sübutdur. Azərbaycan Yazıçılar İttifaqının üzvü olan Ə. Hüseynov həm də Ümumrusiya Azərbaycan Konqresi və Azərros Federal Milli Mədəni Muxtariyyətinin Mərkəzi Şuralarının üzvü də olub.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır