VƏTƏNƏ SEVGİDİ ORDUYA SEVGİ
Vətənə sevgi bütün yaşlarda böyük olur. Uşaqların da, yeniyetmələrin də, gənclərin də, böyüklərin də Vətən sevgisi müqəddəslik mərtəbəsində yaşadılır. Bəzən sevgi yaradıcılıqla ifadə edilir - şeirlə, nəsrlə, musiqiylə, rəngkarlıqla. Hər biri özünəməxsusluqla təqdim olunur; belə sevgilər müqayisə edilmir.
Nəsibə Quliyeva Bakıdakı 36 nömrəli məktəbin sonuncu sinif şagirdidir. Uşaqlığından Səttar Bəhlulzadənin, Maral Rəhmanzadənin, Tahir Salahovun, Toğrul Nərimanbəyovun tablolarına maraqla, sonralar sevgilərlə, aludəliklə baxardı. Bu baxışların mahiyyətinin nə olduğunu hələ nə özü bilirdi, nə də atası Teymur duyurdu.Nəsibənin marağı sevgiymiş - maraqdan sevgiyə bir tabloluq yol varmış; Nəsibənin çəkdiyi tablo bir gün ata-anasını da, müəllimlərini də heyrətləndirdi. Teymurun işıqlı baxışları Nəsibənin baxışlarıyla qoşalaşdı, Teymurun əli ahəstəcə Nəsibənin saçlarında gəzişdi...
Nəsibə mənzərə çəkməyi daha çox sevir. Naturadan, şəkillərdən çəkir, hərdən də təxəyyülünə istinad edir.
Vətən müharibəsində qazanılan Zəfər hamını qürurlandırdı, hamı bu zəfəri coşqu ilə qarşıladı. 36 nömrəli orta məktəbin sonuncu sinif şagirdi Nəsibə Quliyeva igid Azərbaycan əsgərinin obrazını da yaradıb. Baxımlı tablodu. Baxırsan, döyüşçülərin qətiyyətinin haradan qaynaqlandığını da güman edə bilirsən: Vətənə sevgidən qaynaqlanır...
Nəsibənin gələcəkdə daha böyük tablolar çəkəcəyinə özü də inanır, biz də inanırıq. Onun orduya sevgisi Vətənə sevgidir.
XalqXeber.Az

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır