"Əhməd söykəndiyim dağ, yaşama səbəbimdir" - Həyat yoldaşından danışdı
Xalq artisti Afaq Bəşirqızı Rövşanə Ağasəfqızının "Olduğu kimi" proqramının qonağı olub.Aktrisa obrazlarından danışıb. O, "Söylü, Darçınbəyim, Gülya... İndiki qadınları hansına bənzədirsiniz" sualına "Bugünki qadını zəmanə ilə əlaqədar hadisələr imkan vermir düşünəsən. Qadınlarımızı qazi və şəhid anaları kimi görürəm. Qadınlar torpağı sevib, hörmət etsələr - əsl analıqdır" cavabını verib.
Bəşirqızı ən sevdiyi obrazından danışıb:
"Mənim üçün obrazlarım eynidir. Parlaq deyə fikir yoxdur. Suqranı Söylüdən çox istəyirəm. Amma insanlar Söylünü daha çox sevdirdi. Obrazlarımın hamısını sevirəm, bir-birindən ayırmaram. Sevmədiyim bir pyesi oynayanda, obrazı yaradanda səhnə darıxdırıcı olur".
Həyat yoldaşı Əhməd Təhməzovla bağlı "Əhməd kimdir həyatınızda" suala aktrisa belə reaksiya verib:
"Həyat bələdçim, lüğətsiz, izahsız başa düşənimdir, söykəndiyim dağdır, yaşama səbəbimdir".
A.Bəşirqızı "Səhnəni kimlərdən təmizləyərdiz" sualına "Bütün istedadları bir yerə yığardım. Elə istifadə edərdim ki, bütün istedadlılar bir araya gələrdi. İstedadsızlardan təmizləyərdim səhnəni" sözləri ilə münasibət bildirib.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır