"İnsanlar qız övladı sahibi olmaq istəmir" - Mehriban Xanlarova
"7 yaşlı uşaqdan insan nə istəyə bilər? Hər zaman çıxışlarımda demişəm və yenə də deyirəm: Uşaqlara qarşı törədilən cinayətlərin və təcavüz hadisələrinin qarşısını almaq üçün bütün dünya mütləq edam cəzasını qəbul etməlidir. Başqa yolu yoxdur".
Bu sözləri Əməkdar artist Mehriban Xanlarova İnstaqramda yazıb. Aktrisa Türkiyədə itkin düşən və iki gün sonra cəsədi tapılan 7 yaşlı İkranur Tirsi ilə bağlı paylaşım edərək, bunlarə əlavə edib:
"Həyatda heç kim bilmir ki, özünün və ailəsinin başına hansı hadisə gələ bilər. Bu mövzu çox ciddi və həssasdır. Hər birimizin evində, ailəsində qız övladı böyüyür. Artıq bu cür hadisələr dünyada elə bir həddə gəlib çatıb ki, insanlar qız övladı sahibi olmaq istəmir. Deyir ki, gələcəkdə hansısa şərəfsizin qurbanı olmasın. Dövlət səviyyəsində lazımı addımlar atılmalıdır. Cinayətkara 5-10 il həbs cəzası verməklə heç nə dəyişilməyəcək".

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır