Tanınmış aktyor ÜSYAN ETDİ - "Fəxri ad, təqaüd verilmir, necə dolanım?"
Son zamanlar mediadan uzaq qalan aktyor Allahverdi Yolçuyev işsizliklə bağlı narahatlıq keçirir.
Unikal.org-a açıqlama verən aktyor 5 ildir parkinson xəstəliyindən əziyyət çəkdiyini və diqqətdən kənarda qalmasından şikayətlənib:
“Həyatdan tamamilə təcrid olunmuşam. Nə işləyirəm, nə maaş, nə də yardım alıram. Heç 190 manatı da vermədilər. Demək olar ki, unudulmuşam. Problemlər isə sadalamaqla bitmir. Teatrda işləmirəm deyirlər ki, qocalmısan. Efirlərə çağırır, sosial şəbəkələr maraqlanıb yazırlar. Amma heç bir xeyri yoxdur. Əslində nazirlik maraqlanmalıdırlar ki, fəxri ad, təqaüd verilmir. 40 il səhnədə olan bu adam necə yaşayır, nə ilə qidalanır?! Həftədə bir-iki dəfə dublyaja çağırırlar. Sənətindən, peşəsindən asılı olmayaraq unudulmaq, diqqət mərkəzindən uzaqda qalmaq düzgün deyil. Mədəniyyət Nazirliyində struktur dəyişiklikləri oldu. Düşündüm, yəqin indi maraqlanarlar. Dəfələrlə onlara müraciət etsəm də, heç bir nəticə yoxdur”.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır