"Məşədi İbad”ın Gülnazı vəfat etdi - Foto
"O olmasın, bu olsun” filmində məşhur Gülnaz rolunu canlandıran aktrisa Tamara Gözəlova dünyasını dəyişib...
Bu barədə “Qafqazinfo”ya T.Gözəlovanın qohumları məlumat verib.
Qeyd edək ki, T.Gözəlova AzTV-nin ilk xanım diktoru olub, 1956-cı il mayın 1-də efirə çıxıb.
Xatırladaq ki, Tamara Gözəlova 1940-cı il fevralın 14-də Bakıda, Içərişəhərdə ziyalı ailəsində anadan olub. 1957-ci ildə Bakıdakı 190 saylı orta məktəbi, 1965-ci ildə Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin kitabxanaçılıq şöbəsini bitirib. 1965-ci ildən 2011-ci il yanvarın 18-nə qədər M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasında şöbə müdiri vəzifəsində çalışıb.
Bakı Televiziya Studiyasında işə başlayan T.Gözəlova 1956-1959-cu illərdə Azərbaycan Dövlət Televiziyasının diktoru olub.
Azərbaycan kinosunun şah əsəri sayılan, Üzeyir Hacıbəyovun eyniadlı operettası əsasında çəkilən ilk rəngli və tammetrajlı, el arasında “Məşədi Ibad” adı ilə məşhurlaşan “O olmasın, bu olsun” filmində məşhur Gülnaz rolunu canlandırıb.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır