Məlahət Abbasova reklamdan gələn pulu AzTV-dən gizlədib
"Gözəl işlər baltalanmamalıdır. Xalqı maarifləndirən verilişlər olmalıdır. Yaxşı, sosial proqramlar olmalıdır, amma buna da dəstək durmalı idilər. Maddiyat güdülməməli idi. Türkiyədə teatr rəhbəriyəm, burada seriallardan nə qədər qazanmaq olur. Amma maddiyatı kənara qoyub, mənəvi dəyərlərə üstünlük verdim. Azərbaycan üçün nələrsə etməyə çalışdım. Ancaq son iki-üç gündə problem yaşandı. Mən itirmədim, kanal itirdi”.
Bu fikirləri AzTV-də yayımlanan “Məlahətli söhbətlər” verilişinin aparıcısı olmuş, aktrisa Məlahət Abbasova İnstaqram səhifəsində canlı yayım açaraq söyləyib.
Dövlət televiziyasından Məlahət Abbasovanın açıqlamasına münasibət bildirilib.
AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mübariz Aslanov Axşam.az-a deyib ki, veriliş ərzində 3 iri şirkətin reklamı gedib:
“Amma təxminən 1 il müddətində kanala həmin reklamlardan 1 qəpik də olsun pul gəlməyib. Danışıq belə idi ki, Məlahət xanım həmin vəsaitdən verilişi işləyən çəkiliş qrupunun aylıq ödənişini etsin. AzTV bu yolla maksimum çalışdı ki, hər hansı maddiyyat güdmədən verilişə dəstək olsun. Amma sonra məlum oldu ki, kanal həm pulsuz reklam verməli, həm də yaradıcı heyətə pul ödəməlidir? Biz buna da göz yumduq və bu günə kimi bir söz demədən işçilərin ödənişini etdik. TV-dən azacıq anlayışı olan hər kəs gözəl bilir ki, kanalda reklam getsin və ödəniş olmasın, bu, nonsesdir. Lakin biz bunu etdik. Amma nə zamana qədər? Odur ki, Məlahət Abbasovaya heç olmasa reklamlardan gələn vəsaitdən yaradıcı qrupun ödənişini etmək xahiş olundu. Bu, olmayınca veriliş dayandırıldı”.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır