Vasif Talıbov bəstəkarla bağlı sərəncam verdi
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Bəstəkar Məmməd Məmmədovun 100 illik yubileyinin keçirilməsi haqqında Sərəncam imzalayıb.
Sərəncama görə, Məmməd Məmmədov Naxçıvanda musiqi sənətinin və təhsilinin inkişafına xidmət etmiş, bir çox ansambl və xor kollektivlərinin yaradılmasının təşəbbüskarı olmuşdur. Onun 1956-cı ildə yaratdığı "Əlvan çiçəklər” mahnı və rəqs ansamblı muxtar respublikada musiqi və rəqs mədəniyyətinin inkişafında mühüm mərhələ təşkil edir.
Bəstəkar kamera-instrumental musiqinin bir çox janrlarında əsərlər, nəfəsli alətlər orkestri üçün marşlar, pyeslər, fortepiano üçün mahnı və romanslar yazmış, xalq mahnı və rəqslərini toplayaraq nota köçürmüş, Naxçıvan Dövlət Musiqili Dram Teatrında hazırlanan 30-dan artıq tamaşaya musiqi bəstələyib.
Sərəncamda Məmməd Məmmədovun 100 illik yubileyi Naxçıvan Muxtar Respublikasında keçirilməsi nəzərdə tutulur. Yubileyinin keçirilməsi ilə əlaqədar Tədbirlər Planı” təsdiq edilib.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək