Rəfael Dadaşov xəstəxanaya yerləşdirilib
Xalq artisti Rəfael Dadaşov yenidən xəstəxanaya yerləşdirilib...
Bu barədə sənətkarı özü Xəzər TV-də yayımlanan “5/5” axşam şousunun canlı efirinə telefon vasitəsilə qoşularkən deyib. Proqramda ad gününü qeyd edən məşhur teleaparıcı Hacı Nuranı təbrik edən R.Dadaşov səhhətində yenidən problemlərin yarandığı və təcili şəkildə xəstəxanaya yerləşdiyini dilə gətirib.
H.Nuran isə sənətkarın hazırkı vəziyyətini bu cür şərh edib:
“Bizim çox sevdiyimiz və hörmət etdiyimiz Rəfael müəllimin səhhətində yenidən problemlər yarandığı üçün onu təcili şəkildə xəstəxanaya apardıq. Hazırda peşəkar həkimlərin nəzarəti altında müalicə alır. Bu, Xalq artisti üçün çətin mərhələdir. Allahdan Rəfael müəllimə şəfa arzu edirəm. O, çox böyük sənətkardır”.
Daha sonra ifası ilə proqrama qatılan Rəfael Dadaşovun müğənni qızı Səidə Dadaşova Hacı Nuranı təbrik edərək, atasının səhhətindən söz açıb:
“Atam çox istəyirdi gəlib, Hacı Nuranı təbrik etsin. Amma səhhəti buna imkan vermədi. Rəfael müəllimdə oksigen çatışmazlığı var. Mənim üçün o qədər ağırdır ki, bunları dilə gətirmək. Ürəyim ağrıyır. Amma indi vəziyyəti normaldır. Çoxları düşünür ki, bu xəstəlik atamın artıq çəkili olduğu səbəbindən yaranıb. Amma bu, əsla belə deyil. Sadəcə atam heç vaxt sağlamlığına önəm verməyib. O zamanını daha çox bizə, ailəsinə ayırıb, səhhəti ilə heç vaxt maraqlanmayıb”.
Qeyd edək ki, Xalq artisti Rəfael Dadaşov dekabrın 2-də axşam saatlarında Mərkəzi Neftçilər Xəstəxanasına ürəyin işemik xəstəliyi, infarktdan sonrakı kardioskleroz və ağciyərlərin xroniki abstruktiv xəstəliyi diaqnozu ilə yerləşdirilib. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Xalq artisti Rəfael Dadaşovun müalicə xərclərini öz üzərinə götürüb.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək