Görkəmli Azərbaycan bəstəkarı Asəf Zeynallının doğum günüdür
Görkəmli Azərbaycan bəstəkarı Asəf Zeynallının doğum tarixidir.
Məlumatına görə, Asəf Zeynallı 1909-cu ildə Dərbənddə anadan olub. Bakı Musiqi texnikumunda, Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq şöbəsində Üzeyir Hacıbəyovun sinfində oxuyub. 1929-1931 illərdə Türk (Azərbaycan) Fəhlə Teatrında musiqi bölməsinin müdiri və Azərbaycan Proletar Musiqiçiləri Birliyinin sədri işləyib. Tofiq Quliyev və Qara Qarayev bir müddət onun tələbələri olublar.
Azərbaycan musiqi tarixində ilk romanslar Asəf Zeynallının adı ilə bağlıdır. Həmçinin Cəfər Cabbarlının Türk (Azərbaycan) Fəhlə Teatrında oynanılan əsərlərə musiqi bəstələyib, "Uşaq süitası" əsəri ilə ilk dəfə Azərbaycan musiqi tarixində uşaq musiqisi repartuarının əsasını qoyub. O, bir neçə Azərbaycan xalq mahnısını da nota alıb.
Asəf Zeynallı 1932-ci ildə yaradıcılığının inkişaf etdiyi bir dövrdə ağır xəstəlikdən vəfat edib.
Bakı Musiqi kolleci və paytaxtın küçələrindən biri bəstəkarın adını daşıyır.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır