Azərbaycan “Eurovision”u boykot edə bilər - İddia
"Kiyevdə keçiriləcək "Eurovision 2017" mahnı müsabiqəsi boykot edilsə belə, Rusiya müğənnisi Yuliya Samoylovanın burada iştirak etməsi mümkün deyil".
Bunu Ukaynanın xarici işlər naziri Pavel Klimkin bildirib. "Bir sözlə, güzəşt qeyri-mümkündür. Hamı üçün qanun birdir", - deyə o qeyd edib.
Rusiyanın "Kommersant" nəşri isə yazıb ki, Ermənistan, Azərbaycan, Belarus, Serbiya, Yunanıstan "Eurovision 2017" müsabiqəsini boykot edə bilər.
"Bu mümkündür - əgər Kiyev Rusiya təmsilçisi Yuliya Samaylovanın ölkəyə girişini qadağan edəcəksə", - deyə bildirilir.
Xatırladaq ki, mahnı yarışmasında Azərbaycanı Diana Hacıyeva təmsil edəcək.
Qeyd edək ki, Ukrayna Təhlükəsizlik Xidməti Kiyevdə keçiriləcək "Eurovision-2017" mahnı müsabiqəsində iştirak etmək üçün seçilmiş Rusiya təmsilçisi Yuliya Samoylovanın ölkəyə girişinə qadağa qoyub. Buna səbəb isə müğənninin Krıma səfər etməsidir. Y. Samoylovanın Ukraynaya girişi 3 il müddətinə qadağan edilib.
Qərar Samoylovanın Ukrayna qanunvericiliyini pozması barədə əldə edilmiş məlumatlar əsasında qəbul olunub.
Y. Samoylova müsabiqədə "Flame is Burning" mahnısı ilə çıxış etməyi planlaşdırır. Müğənni uşaqlıqdan əlil arabasında hərəkət edir və birinci qrup əlilliyi var.
Qeyd edək ki, mahnı müsabiqəsinin yarımfinalı mayın 9 və 11-də, finalı isə 13-də keçiriləcək.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır