"Flora Kərimova bizim soyadımıza sataşmamalıydı" - Mehriban Xanlarova
Əməkdar artist Mehriban Xanlarova xalq artisti Flora Kərimova ilə aralarında olan qalmaqaldan danışıb.
Məlumata görə, "Show time" verilişində qonaq olan aktrisa bildirib ki, F.Kərimova onların soyadına söz atmaqla səhv edib:
"Artıq o şəxsin adını ağzıma belə almaq istəmirəm. O insan mənim üçün bitdi. Məni heç kim susdurmayıb, susdura da bilməz. Amma artıq mən söz vermişəm, bu insan barədə heçnə danışmayacam. Bircə onu deyəcəm ki, Flora Kərimova bizə hörmət etməli idi, bizim soyadımıza sataşmamalıydı".
Xatırladaq ki, F.Kəromova xalq artisti Zeynəb Xanlarovanın ünvanına tənqidlər səsləndirib. M.Xanlarova isə ifaçının bu addımına sərt cavab verib. Onlar arasındakı küsülülüyə səbəb də bu olub.
Qeyd edək ki, aparıcılığını Yalçın Uğurun etdiyi "Show time" həftənin çərşənbə axşamı "APA TV"də yayımlanır.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır