“Şübhələri varsa, mənimlə meydana gəlsinlər”
Xalq artisti Canəli Əkbərov həmkarları ilə yaşadığı qalmaqaldan danışıb
"Show time" verilişində Yalçın Uğurun qonağı olan xanəndə bildirib ki, onun ifa etdiyi muğamları heç bir həmkarı oxuya bilməz:
"1983-cü ildə Səmərqənddə keçirilən ümumdünya muğam müsabiqəsinin qalibiyəm. 1989-ci ildə isə İsveçrədə keçirilən beynəlxalq müsabiqənin qalibiyəm. Mən həmin Canəliyəm. İndi bir xanəndə tapın, mənim yanımda dura bilsin. Azərbaycan radiosunun fonotekasında oxuduğum muğamları indi heç kim oxuya bilməz. Oxuya da bilməyiblər... Şübhələri varsa, gəlsinlər mənimlə meydana".
C.Əkbərov özü qədər titul qazanmış tələbələr yetişdirdiyini deyib:
"Tələbələrim mənimlə çiyin-çiyinə çalışırlar. Titul qazanmış tələbələrim var. Onlardan xalq artistləri Gülyanaq-Gülyaz Məmmədova bacıları, Zabit Nəbizadə, əməkdar artistlər Ehtiram Hüseynov, Babək Niftəliyev, xanəndə Sahib İbrahimov və başqalarının adını çəkə bilərəm. Ağıllı valideyn ağıllı övladı ilə fəxr etdiyi kimi, mən də ağıllı tələbələrimlə fəxr edirəm".
Qeyd edək ki, C.Əkbərov Muğam televiziya müsabiqəsinin münsiflər heyətinin tərkibində iştirak etmək istəsə də, digər münsiflər - xalq artistlər Arif Babayev, Səkinə İsmayılova, Mənsum İbrahimov, Əlibaba Məmmədov, Sərdar Fərəcov buna etiraz etmişdilər. İfaçılar arasında qalmaqal yaşanmışdı.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır