Məmurun məşuqəsi olmadı, başına oyun açdı - Əməkdar artistdən şok sözlər
Əməkdar artist, “Dəli Kür” filminin Mələyi kimi məşhurlaşan tanınmış aktrisa Zefmira Sadıqova keçmişi ilə bağlı şok faktlar açıqlayıb.
Yenicag.az-a açıqlama verən aktrisa bildirib ki, həyat yoldaşı dünyasını dəyişəndən sonra məmurlar tərəfindən təzyiqlərə məruz qalıb. Aktrisa onların məşuqəsi olmaqdan imtina etdiyi üçün onu filmlərə çəkilməyə qoymayıblar:
“Həyat yoldaşım dünyasını dəyişəndən sonra çox ciddi evlilik təklifləri olub, amma qızımın 8 yaşı vardı. Düşündüm ki, qızı olan ananın ərə getməyə ixtiyarı yoxdur. Həyat yoldaşım öləndən sonra mənə pis münasibət vardı. Məmurların tapşırığı ilə Kinostudiyanın direktoru Cəmil Əlibəyov məni bir çox filmlərə çəkilməyə qoymadı. Oqtay Mirqasımov kişi çıxdı, məni filmlərə çəkdi. Həsən Seyidbəyli çəkmək istəyirdi, onu da qoymadılar. Allah ona lənət eləsin. Amma çox filmlərim olardı”.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır