SON DƏQİQƏ
XalqXeber.Az » Mədəniyyət » Mədəniyyət Nazirliyində QALMAQAL: İrəvan Dram Teatrında aktyorlar tərhqir edildi

Mədəniyyət Nazirliyində QALMAQAL: İrəvan Dram Teatrında aktyorlar tərhqir edildi

Tarix:

27-06-2018, 12:20

/ 1 597 dəfə oxundu.
Mədəniyyət Nazirliyində QALMAQAL: İrəvan Dram Teatrında aktyorlar tərhqir edildi

Irəvan Dram Teatrında nə baş verir?

İrəvan teatrının direktoru İftixar Piriyev 2000-ci ildən bu günə qədər teatra rəhbərlik edir. Bu illər ərzində onun işi peşəsi pul qazanmaq, özünü tanıtmaq, işçiləri aşağılamaq, kimlərinsə adından istifadə edib işdə qalmaq olub. Belə ki,136 illik tarixi olan qocaman teatr öz peşəkar aktyorlarını İftixar Piriyev direktor olandan sonra bir bir itirməyə başlamışdır.Belə ki,bu teatrı məcburi köçkün düşdüyü gündən öz çiynində saxlayan əməkdar artist, Vidadi Əliyev və onun həyat yoldaşı 50 il bu teatrın səhnəsində baş və əsas rollar ifaçısı, xalq artisti Elmira İsmayılova İftixar Piriyev direktor təyin olunan vaxtdan yaradıcılıqla məşğul ola bilməmiş, teatrın günbəgün dram dərnəyinə çevrilməsini narazılıqla qarşılamışlar. Özünü şair-dramaturq,xoreoqraf, rəssam, "ata"adlandıran İftixar Piriyev öz yazdığı bədii cəhətdən zəif cızma qaraları ilə repertuarı zəpt etmiş, əlində olan möhürdən istifadə edərək aktyorlara,rejissorlara onun yazdıqlarını hazırlamağı əmr etmişdir. Kimsə onun bu qeyri-qanuni əmrinə qarşı çıxırsa ona qarşı ləkələmə kompaniyası apararaq nəhayətdə istedadlı, yaradıcı insanları işdən çıxartmışdır.

İrəvan teatrına Bakıda ikinci həyat verən Vidadi Əliyev və Elmira İsmayılovadan başqa zaman zaman xalq artistləri Arif Quliyev, Süleyman Nəcəfov, Tamella Abdullayeva əməkdar artistlər Azər Axşam,Dilarə Əliyeva, Tünzalə Əliyeva və onlarla aktyor və rejissorlar İftixar Piriyev in özbaşınalıqlarının qurbanı olmuş,teatrdan uzaqlaşdırılmışlar. Hətta xalq artisti Süleyman Nəcəfov İftixar Piriyevin əlindən xəstəlik tapmış bir müddət sonra dünyasını dəyişmişdir.Həyatını İrəvan teatrına həsr etmiş rəhmətlik Süleyman müəllimi təmirsiz teatrın zirzəmisində,nəmişlikdə saxlayan İftixar Piriyev aktyor rəhmətə gedəndən sonra nə dəfn mərasimilə nə də qəbirüstü abidəsi ilə maraqlanmamış ölümündən sonra ona şər ataraq "o xristian idi onu müsəlman kimi dəfn olunmaq düşmür"deyərək öz çirkin münasibətini bildirmişdir.

Onuda nəzərinizə çatdıraq ki, direktorun qeyri-insani hərəkətləri kollektiv tərəfindən nifrətlə qarşılanır. Hətta direktor İftixar Piriyev özüdə anlayır ki, aktyorları vurmaq və yaxud təhqir etmək insani baxımından yaxşı hal deyil. Sual yarana bilər. Axı direktor kimə arxalanır? Bu barədə növbəti yazılarımızda məlumat veriləcək.

Bunlardan əlavə ixtisaslı kadırları heç bir səbəb olmadan işdən azad edir. “Özünüz işdən çıxma barəsində ərzə yazmasanız, mən bilirəm sizi necə işdən çıxardaram” deyən İ. Piriyevin əməlləri sözünhəqiqi mənasında qəbuledilməzdir. Misal olaraq Midhət Aydın, Rəşad Səfərov, Mehman Dilqəmoğlu, Rada Nəsibova, Anar Babalı, Ramil Məmmədov, Könül Əbilova, Zəka Ziya, Günel İmanova və başqaları məhz İ. Piriyevin dözülməz addımından sonra işdən uzaqlaşıblar. Lakin adları hallanan şəxslər məşhur seriallarda iştirak etməklə böyük tamaşaçı rəğbətini qazanmışlar.

Ülvi Rəcəbov, Hüseynqulu Sarabski, Sona Hacıyeva, Taryel Qasımov, Hacı İsmayılov kimi aktyorları olan professional İrəvan Dövlət Azərbaycan Dram Teatrını dram dərnəyinə Çevrilmişdir. Dosye.org-ın araşdırmalarına görə, bu işdə canfəşanlıq edən və “senarını” hazırlayan şəxs Mədəniyyət Nazirinin müavini Ədalət Vəliyevdir. Görünür, nazir müavini İ. Piriyevə “dobro” verdikdən sonra qeyd etdiyimiz hadisələr baş verib. Təəsüflər olsun ki, Mədəniyyət Naziri Əbulfəz Qarayev bütün bunlardan məlumatsızdır. Daha doğrusu iki versiya ehtimal oluna bilər. Əgər nazirin baş verən hadisələrdən məlumatsızdırsa, deməli işinin öhtəsindən gələ bilmir. Yox, əgər məlumatı varsa deməli elə məhz bütün hoqqaların təşkilatçısı və sifarişçisi özüdür. Araşdırmalarımız davam edir.

Dosye.org

Şərhlər

XƏBƏR LENTİ