Keçmiş arvadından Naibənin əri ilə bağlı ŞOK FAKTLAR: “Ərimi gündə bir qadınla tuturdum”
Əməkdar artist Naibə Allahverdiyeva ilə ərinin keçmiş həyat yoldaşı Nərgiz Əliyeva arasında münaqişə getdikcə dərinləşir. Tərəflər arasında başlayan ev davasından sonra vəziyyət daha da gərginləşib. Əməkdar artist telekanallara çıxaraq, qarşı tərəfin ünvanına ittihamlar səsləndirib. Bütün bunlara dözməyən N. Əliyeva redaksiyamıza gələrək, keçmiş əri və Naibə Allahverdiyeva ilə bağlı şok faktlar açıqlayıb.
O, ərinin vaxtilə əxlaqsız həyat tərzi keçirtdiyini və aktrisadan da öncə yaşlı qadınlarla münasibət qurduğunu söylədi.
“Ərimi gündə bir qadınla tuturdum”, deyən Nərgiz həyat yoldaşı barədə bunları dedi:
“O, necə atadır ki, balalarını çölə atıb, deyir ki, “gedin, başqa yerdə yaşayın”. O, düşünmür ki, sonunda yenə balaları ona dəstək olacaq?! Bu işdə keçmiş baldızlarım canfəşanlıq edir, evin əlimdən alınıb, qaynım uşaqlarına verilməsini tələb edir. Uşaqlarımın haqqına girirlər. Mən qayınatamı da gətirib, ona öz atam kimi baxmağa hazıram, təki uşaqlarım çöldə qalmasın”.
O, eyni zamanda, anasının keçmiş həyat yoldaşı tərəfindən hədələndiyini də bildirib. Nərgiz N. Allahverdiyeva ilə gizlin yazışmalarını da üzə çıxardıb. Həmin yazışmalarda aktrisa dəfələrlə əri tərəfindən döyüldüyünü qeyd edib. Sən demə, ərinin döydüyü əməkdar artist buna görə xəstəxanaya da düşüb.
yeniçağ.az

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır