Cavid Qurbanov gənc şairin şeirini oğurlayıb? - İDDİA (VİDEO)
Əməkdar artist Babək Niftəliyevin oxuduğu "Sənsiz keçən günlər" adlı mahnıyla bağlı maraqlı məqam ortaya çıxıb.
"Ölkə.Az”ın məlumatına görə, bir neçə gün öncə "Space" telekanalında Kamran Həsənlinin aparıcılığıyla yayımlanan "Onda başladıq" verilişində müzakirəyə çıxarılmış mahnının söz müəllifinin əslində, Anar adlı şair olduğu ortaya çıxıb. Şair bildirib ki, hətta sözügedən şeir onun bir neçə il öncə çap etdirdiyi kitabında da yer alıb.
Araşdırmamız zamanı məlum olub ki, tanınmış skripka ifaçısı mahnını şairin sözlərinə bəstələyib. Lakin mahnı hazır olandan sonra söz müəllifi kimi "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanovun (Klipin titrlərində Cavid kimi göstərilib-İ.V.) adı yazılıb. İddia edilir ki, Babək Niftəliyevin ifa etdiyi mahnının klipinə maliyyə dəstəyini də C.Qurbanov göstərib.
Qeyd edək ki, bir neçə gün öncə B.Niftəliyev "Onda başladıq" verilişində baş verənlərdən xəbərsiz olduğunu bildirmişdi. Maestro Ceyhun isə iddialara münasibət bildirmək istəməmişdi.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır