“Siz bir çoxları üçün nümunəsiz...” - Mehriban Əliyeva
Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyeva Anarı 80 illik yubileyi ilə bağlı təbrik edib. Təbrikdə məktubunda qeyd edilir:
"Sizi – Azərbaycan ədəbiyyatının inkişafında müstəsna xidmətləri olan canlı klassikimizi və görkəmli yazıçını 80 illik yubileyiniz münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə ən xoş arzularımı çatdırıram.
Sizin ən müxtəlif ədəbi üslubda yazdığınız əsərlər və dramaturgiya sahəsindəki fəaliyyətiniz Azərbaycanda ədəbi fikrin formalaşması və mədəniyyətimizin inkişafı baxımından misilsiz əhəmiyyət daşıyır.
Əsərlərinizin əsas xüsusiyyətlərindən biri kimi Azərbaycan dilinin saflığının qorunması, sadə Azərbaycan dilində yazıb-yaratmağınız Sizin bu dilə olan sevginizin ifadəsidir. Məhz buna görə də yazdığınız əsərlər üslub və janrından asılı olmayaraq Azərbaycan oxucusunun sevimli əsərlərinə çevrilməklə yanaşı, ədəbi zövqün formalaşması baxımından mühüm rola malikdir.
Sizin səmərəli yaradıcılığınızın təsiri altında Azərbaycan ədəbiyyatında böyük bir ədəbi nəsil yetişmişdir. Bir-birindən maraqlı və təkrarsız əsərlərinizdə həm milli-mənəvi dəyərlərin təbliği, həm də müasirliyin tərənnümü böyük ustalıqla təsvir olunmuşdur.
Siz ədəbi fəaliyyətinizlə yanaşı, Azərbaycanın ictimai-siyasi həyatında yaxından iştirak edirsiniz. Bir ziyalı kimi nümayiş etdirdiyiniz müdriklik, vətənpərvərlik və prinsipial mövqe bu gün bir çoxları üçün nümunə rolunu oynayır.
Təsadüfi deyil ki, Siz dövlətimizin ən ali təltiflərinə layiq görülmüsünüz. Çoxsaylı təltifləriniz Sizin əməyinizin yüksək qiymətləndirilməsini göstərməklə yanaşı, fəaliyyətinizin nə qədər səmərəli və gərəkli olmasının göstəricisidir.
Hörmətli Anar müəllim, bu əlamətdar gün münasibətilə Sizi bir daha ürəkdən təbrik edir, yeni yaradıcılıq uğurları, doğmalarınızın və yaxınlarınızın əhatəsində sağlam və firavan həyat arzulayıram".

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır