
İrəvan Dövlət Dram Teatrının rejissoru Sərvər Əliyevin səhhəti pisləşib.
Oxu.Az-a etibarlı mənbədən daxil olan məlumata görə, o, xəstəxanaya yerləşdirilib.
Hazırda Elmi-Tədqiqat Kardiologiya İnstitutunda olan rejissorun vəziyyəti barədə açıqlama verilməyib.