Azərbaycanlı qız Rusiyada hamını heyran qoydu - Video
Rusiyanın NTV telekanalında yayımlanan “Sən supersən!” (“Ты супер!”) musiqi yarışmasında çıxış edən 17 yaşlı azərbaycanlı Pərvanə Əlcanova hər kəsi heyran edib.
O, Müslim Maqomayevin ifasında tanınan “Ana” mahnısını ifa edib.
Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu da efirə gəlib. Aparıcı onu "milyonların kumiri, əfsanəvi Polad Bülbüloğlu" deyərək təqdim edib.
P.Bülbüloğlu Pərvanəni dəstəkləyərək onun çox yaxşı səsi olduğunu və uğurlu mahnı seçdiyini bildirib. Pərvanə rusca bilmədiyi üçün P. Bülbüloğlu münsiflərin onun üçün söylədiklərini tərcümə edib.
Qeyd edək ki, uşaq evinin yetirməsi olan Pərvanə qazandığı səslər sayəsində növbəti mərhələyə vəsiqə qazanıb. Layihədə Rusiya, Azərbaycan, Ermənistan, Belarus, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Moldova, Ukrayna və Estoniyadan olan 92 ifaçı iştirak edir.
Azərbaycanı müsabiqədə Bakıdan Pərvanə Alcanova və Gəncədən Xoşqədəm Mehdiyeva təmsil edirlər. İfaçılar NTV-nin ilkin kastinqlərinin gedişində seçiliblər.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır