Şahin Zəkizadənin uşaqları ilə birgə son efiri... - Video
Xəbər verdiyimiz kimi, tanınmış rejissor Şahin Zəkizadə dünyasını dəyişib.
Zəkizadə sonuncu dəfə Zümrüd Qasımovanın aparıcılıq etdiyi “Gəlin danışaq” verilişinin qonağı olub.
Verilişdə Səbinə Zəkizadənin həyat yoldaşı barədə fikirlərinin əks olunduğu süjet təqdim olunub. Səbinə göz yaşlarını saxlaya bilməyib, Şahini çox sevdiyini söyləyib:
“Həkimlər müalicə edəndən sonra dedilər ki, xərçəngdir. Dünyam başıma yıxıldı. Çox qorxurdum. Şükür ki, hər şey yaxşı oldu. Buradan xalqımıza təşəkkür edirəm. Şahin bilir ki, onu çox sevirəm. Allah onu üstümüzdən əksik etməsin”.
Bu kadrları izləyən Şahin kövrəlib, daha sonra studiyaya onun iki övladı yaxınlaşıb.
Aylar sonra efirə çıxan Şahin qızı Fatimənin 1-ci sinfə gediyini, ilk dərs günündə onun yanında ola bilmədiyini deyib:
"Xəstəlik dövründə məni yandıran bir şey oldu ki, məktəbin ilk günündə onun yanında olmadım. Gedə bilmədim. Şükürlər olsun ki, övladlarım yanımdadır. Onları tək qoymamışam. Mənə dəstək olan bütün insanlara təşəkkür edirəm.
Tanımadığım o qədər insan mənə dəstək oldu ki, mesajların çoxunu heç oxuya bilmirdim. Bu xəstəliyə tutulanlar və təzəcə özündə kəşf edənlər çalışsınlar ki, həyatda tutuna biləcək bir şey tapsınlar. Müsbət notlara köklənsinlər”.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır