İrəvan teatrında direktorun yeni hədəfi — BAŞ REJİSSOR
İrəvan Dövlət Azərbaycan Dram Teatrında direktor İftixar Piriyevlə yeni təyin edilmiş baş rejissor, əməkdar artist Sərvər Əliyev arasında "soyuq müharibə" başlayıb.
"Ölkə.Az"ın teatrdakı mənbədən əldə etdiyi məlumata görə, İftixar Piriyev özünə yaxın aktyorları baş rejissor Sərvər Əliyevlə üz-üzə qoymaqla, ona müxtəlif yollarla təzyiq göstərməyə çalışır.
Bildirilir ki, S.Əliyevin Piriyevə yaxın olmayan aktyorlarla yaxşı münasibəti, qurduğu tamaşada onlara rol verməsi direktoru narazı salıb.
Ancaq o, bunu açıq şəkildə büruzə vermir. Əvəzində özünə yaxın aktyorlara (onların sayı təxminən 3-4 nəfərdir-İ.V.) S.Əliyevin tapşırıqlarına tabe olmamaq göstərişi verilib.
Mənbə qeyd edir ki, tanınmış aktyor Əjdər Zeynalova məhkəmədə məğlub olan İ.Piriyev bunu həzm edə bilmir. Ona görə də, Ə.Zeynalovun münasibətinin yaxşı olduğu hər kəsi sıxışdırmağa çalışır.
Mövzunu diqqətd saxlayacağıq.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır