Arzu Əliyeva yeni layihənin təqdimatında (FOTOLAR)
Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyevanın dəstəyi ilə pianoçu Səidə Tağızadə və əməkdar rəssam Rəşad Mehdiyevin birgə ideyası olan unikal "Musiqinin rəngləri” layihəsinin təqdimatı keçirilib.
Bakı Media Mərkəzindən Qaynarinfo-ya verilən məlumata görə, layihə çərçivəsində rəssam R. Mehdiyevin tanınmış bəstəkar, Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadənin bəstələdiyi bir neçə kompozisiyaya həsr etdiyi rəsm əsərləri nümayiş olunub.
Bakı Media Mərkəzinin direktoru Orman Əliyev bu layihəni rəngkarlıq və musiqinin vəhdəti adlandırıb. Bəstəkar Firəngiz Əlizadə, rəssam Rəşad Mehdiyev və pianoçu Səidə Tağızadə isə qonaqlara layihəyə olan maraqlarına görə təşəkkürlərini bildiriblər.
Sonra Bakı Media Mərkəzinin atriumunda Rəşad Mehdiyevin əsərlərinin təqdimatı keçirilib. Hər bir əsərin həsr olunduğu musiqi kompozisiyası pianoçu Səidə Tağızadə, fleytaçı Əminə Zülfüqarova və Ceyla Seyidova (skripka), Soltan Məmmədov (skripka), əməkdar artistlər Vaxtanq İmanov (alt) və Aleksey Miltixdən (violonçel) ibarət Azərbaycan Dövlət Kvarteti tərəfindən ifa olunub. Rəsm əsərlərinin və bütövlükdə Bakı Media Mərkəzinin atriumunun xüsusi işıq effektləri ilə işıqlandırılması musiqi və rəsm dünyalarının harmoniyası atmosferini daha gücləndirib.
Bakı Media Mərkəzi incəsənət sahəsində xüsusi iz buraxan belə layihələrin davamlı olacağına ümidvardır və gələcəkdə də maraqlı yaradıcı təşəbbüslərə dəstək olmağa hazırdır.



Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır