Tahir Əkbərin xanımı: Yeriyə və danışa bilmir
Xəbər verdiyimiz kimi, Əməkdar incəsənət xadimi, bəstəkar Tahir Əkbər insult keçirib.
O, artıq evə buraxılıb. Bəstəkarın müalicəsi ev şəraitində davam etdirilir.
T.Əkbərin həyat yoldaşı onun səhhəti barədə Oxu.Az-a açıqlama verib: “Hazırda ev şəraitində müalicə alır. Ancaq yeriyə və danışa bilmir. Əsas odur ki, həyatı üçün təhlükə yaradan mərhələni geridə qoyub. Siz zəng etməzdən bir az əvvəl ona sual verdim ki, beynində hansısa yeni melodiya var, hansı ki, səhhətin normallaşan kimi onun üzərində işləməyə başlayacaqsan. Başı ilə işarə etdi ki, var. O, danışa və yeriyə bilməsə də, ətrafında baş verən hadisələri anlayır, sözləri eşidir.
Tahir Əkbərin müalicəsi Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın göstərişi ilə həkimlərin nəzarəti altındadır. Onun tezliklə sağalmasını gözləyirik”.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır