Xalq artisti kövrəltdi: "Məni belə görmək sizə xoş olmaz"
Səhhətimdə dəyişiklik yoxdur, müalicəm davam edir, şükür, pis deyiləm.
Bu sözləri Kult.az-a bir müddət əvvəl Milli Onkologiya Mərkəzində müalicə alan xalq artisti, sevilən aktyor Fuad Poladov səhhəti ilə bağlı danışarkən deyib. O bildirib ki, müalicəsini evdə davam etdirir, teatr yoldaşları da zaman-zaman onunla əlaqə saxlayır:
"Sağ olsunlar, zəng edib əhvalımla maraqlananlar var. Adlarını çəkmək istəmirəm. Ehtiyat edirəm ki, mənimlə maraqlananların adlarını desəm, onları işdən çıxararlar”.
F.Poladov onunla görüşmək istəyimizə kübarca etiraz edib, razı olmadı:
"İnanmıram ki, məni bu vəziyyətdə görmək sizə xoş olar”.
Qeyd edək ki, artıq bir müddətdir xalq artisti F.Poladov onkoloji xəstəlikdən əziyyət çəkir.
Səs tellərində problem yaranan və danışmaqda çətinlik çəkən aktyorumuza şəfa diləyirik.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır