XalqXəbər.Az

» » 69 yaşlı Cahangir Əsgərov da yol üstündədir... - İDDİA

69 yaşlı Cahangir Əsgərov da yol üstündədir... - İDDİA

69 yaşlı Cahangir Əsgərov da yol üstündədir... - İDDİA
24-10-2019, 10:28

Neçə gündür ki, ölkədə baş verən kadr islahatları cəmiyyətdə haqlı olaraq böyük rezonans yaradıb. Bununla bağlı DİA.AZ-a danışan mötəbər mənbə iddia edir ki, prosesin davamı var və durdurulması gözlənilən deyil.

Mənbənin söylədikləri: "Doğrudur, belə bir qənaət də var ki, əslində baş verənlər dəyişikliklərin pil nöqtəsi kimi qəbul edilən PA rəhbəri Ramiz Mehdiyevin işdən çıxarılması ilə yekunlaşacaq. Amma prosesin davam edəcəyi gözlənilir".

Mənbə növbəti hədəflərdən birini də açqlayıb. Məlumata görə, bu dəfə sırada Azərbaycan Hava Yolları Qapalı Səhmdar Cəmiyyətinin sədri Cahangir Əsgərovdur. Dia.az-a verilən informasiyada qeyd olunur ki, 69 yaşlı Cahangir Əsgərovun gedişinə tədarük görülür.

Qeyd edək ki, barəsində yerli KİV-də intensiv olaraq neqativ materiallar yayılan Cahangir Əsgərov eyni zamanda Azərbaycan Ağır Atletika Federasiyasının da prezidentidir.скачать dle 12.1

OXŞAR XƏBƏRLƏR

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.